Namizəd Məlumatlarının Emalı və Şirkətlərlə Paylaşılması Razılığı
Mən JobBoard.az platformasında namizəd kimi qeydiyyatdan keçməklə təsdiq edirəm ki, təqdim etdiyim şəxsi məlumatlar, CV məlumatları, əlaqə məlumatları, təhsil, iş təcrübəsi, bacarıqlar, profil şəkli və digər məlumatlar JobBoard.az tərəfindən toplanıla, saxlanıla, emal edilə və işə qəbul məqsədilə qeydiyyatdan keçmiş və təsdiqlənmiş şirkətlərə təqdim edilə bilər.
Mən anlayıram və razıyam ki:
- profilim işəgötürən şirkətlər tərəfindən dəyərləndirilə bilər;
- CV məlumatlarım vakansiyalara uyğunluq üçün analiz edilə bilər;
- şirkətlər mənimlə iş təklifi, müsahibə və ya vakansiya ilə bağlı əlaqə saxlaya bilər;
- JobBoard.az mənim məlumatlarımı uyğun vakansiyaların tövsiyə olunması üçün istifadə edə bilər;
- məlumatlarımı istənilən vaxt yeniləyə və hesabımın silinməsini tələb edə bilərəm.
Mən təsdiq edirəm ki, təqdim etdiyim məlumatlar düzgündür və bu məlumatların JobBoard.az platformasında istifadə olunmasına razılıq verirəm.