Vacancy
Job Title:
Satış şöbəsinin rəisi
Company:
Veliev MMC
Salary:
Вy agreement
Posted:
22/08/2022
Deadline:
22/10/2022
Veliev MMC

Vəzifə və Öhdəlikləri:

  • Daxili və xarici bazar payınının genişləndirilməsi istiqamətində satış stratejiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
  • Bütün növ plastik qapı və pəncərə profillərinin və aksesuarlarının kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
  • Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün arge bölməsi ilə daim əlaqədə olmaq;  
  • Satış əməkdaşları tərəfindən hesabatlılığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi;
  • Daxili və xarici satışın idarə edilməsi;
  • Satış istiqamətində mağaza və filialların bütün işini koordinasiya etmək;
  • Regionlar arası satış işçiləri arasında təcrübə mübadiləsi işini təşkil etmək;
  • Satış təmsilçilərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
  • Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
  • Satış təmsilçilərinin dövriyyələrinə nəzarət etmək;
  • Şirkətin satış həcminin artırılması;
  • İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
  • İşgüzar tədbirlərdə şirkətin təmsil olunması;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
  • Müştəri debitor borclarının idarə edilməsi;
  • Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması;
  • Müasir satış kanalları və satış imkanlarını tətbiq  etmək və inkişaf etdirmək;
  • Filialların açılışını Rəhbərlik tərəfindən razılaşdırılmış ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;

Biliklər:

  • Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir;
  • Dil bilikləri - Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili yaxşı səviyyədə;
  • Proqram - Microsoft Office;

Təcrübə:

  • Müvafiq sahə üzrə 5 ildən çox

Bacarıqlar:

  • Yüksək ünsiyyət və davranış bacarığı;
  • Dəqiqlik və dürüstlük;
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək və idarəetmək bacarığı
  • Təqdimat və təsiretmə bacarığı;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Sentyabr tarixinədək emailin mövzu hissəsində "Satış şöbəsinin rəisi" qeyd edərək elektron ünvanına göndərə bilərsiz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: Hr@veliev.az