Vacancy
Job Title:
Layihələrin Koordinasiyası şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi
Company:
PASHA Insurance
Salary:
Вy agreement
Posted:
08/09/2022
Deadline:
08/10/2022
PASHA Insurance

Vəzifə və Öhdəliklər:

  • Layihə və təşəbbüs iştirakçıları arasında tapşırıqların koordinasiyasını təmin etmək;
  • Layihə və təşəbbüslərdə tapşırıqların sürətli şəkildə icra olunmasına dəstək vermək;
  • Layihə və təşəbbüs iştirakçıları arasında effektiv iş görüşlərinin və müzakirələrin təşkili;
  • Layihə və təşəbbüslərdə baş tutmuş dəyişikliklər üzrə tələb olunan dövri hesabatların formalaşdırılması;
  • Layihə və təşəbbüs iştirakçıları arasında fasilitasiya yanaşmasının tətbiqi;
  • Şirkət daxilində layihə və təşəbbüslər barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq;
  • Təsdiq olunmuş planlaşdırma çərçivəsində gündəlik, həftəlik görüşlərin təşkili və təyin olunmuş hədəflərin təhlil olunması;
  • Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Biliklər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dilini yüksək, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
  • Layihə idarəolunması üzrə metodologiyalar (PMI standartları, Agile metotodologiyası və s.) haqqında bilik və məlumatlara sahib olmaq;
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmək bacarıqlarına sahib olmaq;
  • Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə rəhbər tutmaq;
  • Kompyuter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;

Təcrübə:

  • Layihələrin (və ya Təşəbbüslərin) idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi;

Bacarıqlar:

  • Komandada işləmək və mükəmməl kommunikasıya bacarığı;
  • Detallara diqqət və analitik bacarıqlar;
  • Təşəbbüskarlıq;
  • İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı.

Son müraciət tarixi: 21/09/2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. 

E-mail: recruitment@pasha-insurance.az