Vacancy
Job Title:
İcraçı direktor
Company:
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası
Salary:
Posted:
10/03/2023
Deadline:
10/04/2023
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası

Vəzifə öhdəlikləri: 

  • Sədrin göstəriş və tapşırıqlarına müvafiq olaraq assosiasiyanın fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Sədrin qərarlarının icrasına nəzarət etmək;
  • Sədrin göstərişi ilə İcraçı direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
  • Assosiasiyanın iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Assosiasiyanın sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək.

Namizədə dair tələblər: 

  • Yaş aralığı: 25 – 40
  • Təhsil: Ali
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
  • Dil bilikləri: Azərbaycan, İngilis dili, əlavə olaraq Rus dili;
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
  • Müsbət nəticələr verməkdə təşəbbüskar və həvəsli olmaq;
  • Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

İş saatı: 10:00 – 19:00, İş qrafiki: 5 gün 

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını göndərsinlər. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İcraçı direktor" yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: vacancy@kobska.az