İş rejimi: Həftəlik 20 saat
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC təhsilyönümlü fəaliyyətinə uyğun olaraq, tələbə və məzunlar üçün Təcrübə proqramı həyata keçirir. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbə və ya məzun Mərkəzimizdə Qəbul, Marketinq və Kommunikasiya bölməsi üzrə təcrübə keçəcək. Təcrübə proqramını uğurla keçən Təcrübəçi işlə təmin edilə bilər.
Proqram 6 ay davam edəcək. Proqram müddəti ərzində təcrübəçi Mərkəz və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcəklər.
Proqramın başlıca məqsədi son kursda təhsil alan universitet tələbələri, təhsilini yeni bitirmiş, lakin iş təcrübəsi olmayan, öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır.
Tələb olunan təhsil səviyyəsi:
Tələb olunan biliklər:
Tələb olunan səriştəliklər:
Tələb olunan bacarıqlar: